2 naməlum şəxs operatoru bıçaqla hədələyərək pul tələb edib
Göygöl rayonunda yanacaqdoldurma məntəqəsinə basqın olub. Rayon Polis Şöbəsindən Milli.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən maye qazdoldurma məntəqəsinə gələn 2 naməlum şəxs orada operator işləyən Rabil Abdullayevi bıçaqla hədələyərək pul tələb edib.
Rabil Abdullayev səs-küy saldığından həmin şəxslər hadisə yerindən qaçıblar. Faktla əlaqədar cinayət işi başlanılıb. İlkin əməliyyat-axtarış tədbirləri aparılır.
islamazeri.az