اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Yaponiyada Azərbaycan mədəniyyətinin təqdimatı olub

Yayım Tarixi: 11.02.2012 10:30
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Tədbir Azərbaycanın Yponiyadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupu tərəfindən keçirilib

Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə səfirin iqamətgahında Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun Yaponiya tərəfdən olan üzvləri üçün Azərbaycan mədəniyyətinin təqdimatı mərasimi keçirilib.
Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyindənverilən məlumata əsasən, mərasimdə Yaponiya tərəfdən həmsədri Akira Amari, liqanın katibi Akihiro Ohata, Yaponiya XİN-in Avropa Departamentinin Baş direktorunun müavini, Yaponiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Toyohisa Kozuki və XİN-in nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir G.İsmayılzadə Azərbaycan-Yaponiya münasibətləri barədə ətraflı danışaraq, bu münasibətlərin yüksək səviyyədə olduğunu və ildən-ilə genişləndiyini, habelə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edildiyini qeyd edib.
Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafında dönüş nöqtəsi olduğunu, 2006-cı ildə prezident İlham Əliyevin rəsmi səfərindən sonra dövlətlərimiz arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə qədəm qoyduğunu vurğulayıb.

Səfir G.İsmayılzadə həmçinin qonaqlara Azərbaycanın çoxəsrlik mədəniyyətindən, müxtəlif mədəniyyətlərə və sivilizasiyalar məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən danışaraq Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edildiyini qeyd edib.

Səfir 2012-ci ildə Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20-ci illiyinin tamam olduğunu və bu əlamətdar hadisə münasibətilə həm Azərbaycan, həm də Yaponiyada bir sıra mədəni tədbirlərin, elmi simpozium və konfransların keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.Mərasimdə parlamentlərarası dostluq liqasının Yaponiya tərəfdən həmsədri Akira Amari nitq söyləyərək, Azərbaycan-Yaponiya münasibətlərinin hazırki səviyyəsindən məmnunluğunu ifadə edib.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768