Onların kirayə qaldıqları evdən meyitləri aşkarlanıbŞ
Yaponiyanın Saytama şəhərində ata, ana və oğuldan ibarət 3 nəfərlik bir ailə aclıqdan ölüb.
Yerli “TBS” kanalının məlumatına görə, 60 yaş civarında olan cütlük və onların təxminən 30 yaşlı oğullarının çürümüş meyiti tapılıb.
Ölmüş ailəni 6 aydır ev kirayəsini almayan ev sahibi aşkarlayıb. Telekanalın xəbərinə görə, elektrik və qazın kəsilmiş olduğu evdə ərzaq da aşkarlanmayıb. Ailənin sadəcə su içərək yaşadığı güman olunur.
Qeyd edək ki, II Dünya müharibəsindən sonra iqtisadiyyatı sürətlə inkişaf edən və dünyada texnologiyanın lideri hesab edilən Yaponiyada son 20 ildir əhalinin yoxsullaşması müşahidə olunur.
islamazeri.az