اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Yasamaldakı məscidin bağlanma səbəbləri açıqlandı

Yayım Tarixi: 11.01.2012 16:44
Reportaj
Yazı ölçüsü: büyüt küçült         

haber
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat daxil olub

Bakı şəhəri, Yasamal rayonu, 1-ci Yasamal küçəsi, 37 ünvanda yerləşən Hüseyniyyə (“Qurangah”) adlandırılan ibadətxana əslində “Azərbaycan Karlar Cəmiyyəti” nin 4 saylı Tədris-İstehsalat Müəssisəsidir. Bu barədə İslamazeri.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, namazxana Cəmiyyət rəhbərliyinin razılığı olmadan fəaliyyət göstərib: “Belə ki, Cəmiyyətin prezidenti Tapdıq Xalıqov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məktubla müraciət edərək “Qurangah”ın yerləşdiyi sahənin Cəmiyyətin balansında olduğunu və ibadətxananın hər hansı sənəd olmadan fəaliyyət göstərdiyini, hətta qarşısında nəzir qutuları quraşdırılaraq qanunsuz pul əldə edildiyini bildirmişdir.

Məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Karlar Cəmiyyəti”nin Mərkəzi İdarəsinin nəzdində fəaliyyət göstərən Daimi Komissiya dəfələrlə həmin əraziyə baxış keçirmiş, “Qurangah” adlanan həmin sahənin qanunvericiliyin tələblərinə uyğun olmasını təsdiq edən sənədlərin təqdim edilməsinin tələb olunmasına baxmayaraq, sənədlər Komissiyaya təqdim edilməmiş, həmin sahənin fəaliyyətinin dayandırılmasına dair göstərişlərə məhəl qoyulmamışdır. Müraciətdə “Qurangah”ın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığı ilə bağlı məlumat verilməsi xahiş olunmuşdur.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Azərbaycan Karlar Cəmiyyəti”nə cavab məktubunda həmin ünvanda hər hansı dini icmanın dövlət qeydiyyatından keçmədiyi və bu səbəbdən “Qurangah”ın fəaliyyətinin qanuna zidd olduğu qeyd edilmişdir. Çünki “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən, dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən, həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər”.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Xeqani Ashiq.
12.01.2012 15:52
Bismillah.
ALLAH MEMURLARI KAR ELESiN,mescidin baglanma emrini hec cure e$itmesinler.O ki,qaldi emri verenlere-ALLAH o emri verenleri zelil elesin inwaALLAH.
Hidayət
12.01.2012 01:21
Hidayət Olaq
Bura Karlar cəmiyyətindi bəs ZƏHRA(S Ə)Məscidi hansı cəmiyyətindi?
Ferid
12.01.2012 00:22
Salamu Aleykum
melumatlara gore tesekkurler
Vff
11.01.2012 17:54

Bu da sizin cavabiniz
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768