اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Yeddi yaşlı qıza yeddi orqan köçürdülər

Yayım Tarixi: 17.02.2012 13:27
Həyat
Yazı ölçüsü: büyüt küçült         

haber
Mürəkkəb əməliyyat Cənubi Koreyada baş tutub

Cənubi Koreyada yerli həkimlər 7 yaşlı qız uşağına bir dəfəyə 7 orqan nəql ediblər. Əməliyyat ötən ilin oktyabr ayında həkim Kim Do Enin rəhbərliyi ilə Asans tibbi mərkəzində həyata keçirilib.

Yeddi yaşlı Çxo İn Soya qara ciyər, mədəaltı vəzi, nazik bağırsaq, mədə, onikibarmaq bağırsaq, yoğun bağırsaq və öd kisəsi köçürülüb.

“Qızcığazın əksər orqanları fəaliyyətini demək olar ki, dayandırmışdı. Biz bu transplantasiyaya iki ildir ki, hazırlaşırdıq. Bu cür əməliyyatları uşaqlarda etmək daha çətindir.
Xoşbəxtlikdən bu dəfə hər şey yaxşı qurtardı”, - deyə Kim Do En bildirib.

Yeddi yaşlı qız isə artıq quru yeməklər yeyir. Kiçik pasientin bu həftə xəstəxanadan evə buraxılacağı gözlənilir. /ANS/

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768