اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Yol polisi sürücüləri diqqətli olmağa çağırır

Yayım Tarixi: 20.02.2012 09:34
Xəbərlər
Yazı ölçüsü: büyüt küçült         

haber
Bakıda şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar yollarda təhlükəli vəziyyət yaranıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, paytaxt ərazisindəki əksər körpülər, enişli-yoxuşlu yollar buz bağladığı üçün nəqliyyatın hərəkəti üçün əlverişsiz və təhlükəli şərait yaranıb.

Bununla əlaqədar Bakı Yol Polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə və ehtiyatlı olmağa çağırıb.

Bakı Yol Polisi tövsiyə edir ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümü təkərlərin olması vacib şərtdir. Əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə avtomobili hərəkətə gətirməlidirlər.

Xatırladaq ki, dünən saatlarından başlayaraq bu günə qədər Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan qar yağıb. Belə hava şəraitinin fevralın 21-dək davam edəcəyi proqnozlaşdırılır.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768