Qədim Olimpiya Arxeoloji Muzeyindən 60-dan çox eksponatın oğurlanması ilə bağlı Yunanıstanın mədəniyyət naziri Pavlos Geroulanos istefaya çıxıb
Silahlı qarətin baş verdiyi barədə xəbəri dövlət televiziyası yayıb.
Polis yeganə keşikçisi olan muzey vitrinlərindən 68 obyektin oğurlandığını bildirir.
Yerli mer Thymios Kotzias oğurlanan əşyaların “qiymətsiz” olduğunu qeyd edib.
Yunanıstan və dünyanın ən önəmli mədəniyyət obyektlərindən olan Qədim Olimpiya Arxeoloji Muzeyi eramızdan əvvəl VIII əsrdən Olimpiya oyunlarının keçirildiyi ərazidə yerləşir.
islamazeri.az