اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Yunanıstanda yeni etiraz dalğası

Yayım Tarixi: 19.02.2012 23:01
Dünya
Yazı ölçüsü: büyüt küçült         

haber
Paytaxt və digər şəhərlərdə hökumətin siyasətinə qarşı etiraz aksiyaları keçirilir

Yunanıstanı yenə etiraz dalğası bürüyüb. Bu gün paytaxt Afinada və bir sıra iri şəhərlərdə ölkənin iqtisadi siyasətinə qarşı etiraz aksiyaları keçirilir. Həm dövlət işində çalışanların, həm də özəl sektor işçilərinin ən böyük həmkarlar ittifaqları minlərlə tərəfdarını mərkəzi Sintaqma meydanına toplayır. Polis parlamentin önündə təhlükəsizliyi təmin etmək üçün 1000-ə yaxın əməkdaşını cəlb edib.

Etiraz aksiyaları Yunanıstan hökumətinin Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun kreditorları ilə danışıqları fonunda baş tutur. Qeyd edək ki, fevralın 20-də Avrozonanın maliyyə nazirlərinin şurası Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun Yunanıstana 130 milyard avroluq kredit verməsinə dair razılaşmanı nəzərdən keçirəcək. Razılaşma həmçinin Yunanıstanın kreditorlara olan borcundan 100 milyard avro silinməsini nəzərdə tutur. Yunanıstan parlamenti yaxın illər üçün sərt iqtisadi islahatlar proqramını qəbul edib, bu isə ölkə əhalisinin narazılığına səbəb olub.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768