اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Zaman kimin xeyrinə işləyir?

Yayım Tarixi: 08.11.2011 04:54
Təhlil
Yazı ölçüsü: büyüt küçült         

haber
ABŞ İran Mərkəzi Bankına qarşı sanksiyalardan niyə imtina edib?

İslamazeri.az İnternet Qəzetinin "euronews"a istinadən verdiyi xəbərə görə, ABŞ Administrasiyası İran Mərkəzi Bankına qarşı sanksiyaların tətbiqindən imtina edib.
Buna səbəb kimi belə sanksiyalar nəticəsində neft təchizatında problemlərin yaranması və dünya neft bazarında qiymətlərin artması ehtimallarının olduğu göstərilir.

Qeyd edək ki, sanksiyaların tətbiqi əvəzində ABŞ-ın tərəfdaş ölkələrdən İranla münasibətləri dondurmağı tələb edəcəyi gözlənilir.
ABŞ-ın sanksiyalarla bağlı qərarı regionda gərginliyin artması fonunda baş verib.
Beləki, yaxın günlərdə ABŞ-ın təzyiqi ilə MAQATEnin İranla bağlı növbəti hesabatını açıqlayacağı və orada İranın nüvə silahının yaradılmasına yaxınlaşmasının qeyd olunacağı gözləniıir.

Avropalı müstəqil iqtisadi ekspertlərin rəyinə görə isə, bu təzyiq rıçaqları heç də böyük əhəmiyyətə malik olmayacaq.
Çünki öz enerji tələbatını ödəməkdə İrana ehtiyacı olan Avropa dövlətləri üçün bu heç də yaxşı hal sayılmır.
Birincisi ona görə ki, bu ilki qışın əvvəlki ilə nisbətən daha da soyuq olacağı proqnozlaşdırılır və bu ölkələr əsasən idxala əsaslanan öz yanacaq tələbatlarının qiymətinin qalxmasını arzuolunmaz hesab edirlər.
İkincisi isə bu dövlətlər Yunanıstanda yaşanan, İtaliya, İspaniya, Portuqaliyanın isə astanasında olduğu böhranı yaşamaqdan qorxurlar və enerji məsələsi böhranın başlanmasına yol açan amil ola bilər.

Göründüyü kimi vəziyyət hər iki halda İran İslam Respublikasının xeyrinədir.
Sanksiyalar tətbiq edilməzsə İran yeni bir məsələnin həllinə vaxt sərf etmir və inkişaf tempini daha da sürətləndirir.
Sanksiyalar tətbiq edillərsə də İran qazanır:
1)İqtisadi cəhətdən dünyada enerji daşıyıcılarının qiyməti qalxır və İslam Respublikasının büdcə gəlirləri artır;
2)Siyasi cəhətdən isə ABŞ-ın tələbi ilə sanksiyaya qoşulmuş dövlətlərdə daxili vəziyyətin pisləşməsi nəticəsində bu dövlətlərin ABŞ-a qarşı narazılığı artır, onlar İranla əlaqələrin yaxşılaşdırılması üçün özləri müəyyən diplomatik yollarla İslam respublikasına müaciət etmək məcburiyyətində qalırlar və İranın bu dövlətlərə təsir etmək üçün yeni dividentlər əldə etmək imkanı meydana gəlir.

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

İbrahim
10.11.2011 22:58
Siyasi
men basa duse bilmirem bu iran saytidir yoxsa AZERBAYCAN?!Iran Islam Respublikasindan bize ne...eger bu AZERBAYCAN saytidirsa butun xeberler AZERBAYCAN ve onun problemleri haqqinda verilmelidir.men bu saytin mutemadi,daimi oxucularindan,izleyicilerindenem.ama sayrda iranperestlik hiss edirem,bu da meni narahat edir,niye biz ISLAM dinini iranlasdiririq
Amiraslan
08.11.2011 11:55

Allah ozu Iran Islam Respublikasina komek etsin. Heqiqeten fexrimizdi bu dovletin bu cur dusmenler qabaginda dayanib mubarize etmesi.
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768