Bu sualı da verməmək olmur ki, bəs görəsən özünü islamçı kimi təqdim edən zamanəmizin "Zaman"ları həqiqətdə kmin kimləridir ?
Görəsən nəyə görə özünü "İslamçı" adlandıran "Zaman" qəzeti mənfur İsrail muzdurlarının anti-bəşər hücumlarını işıqlandırmır?
Və niyə ABŞ, İsrail və.s. işğalçıların nüvə silahına sahib olduğu halda məhz İranı bu silahı əldə etmək istəyi ilə günahlandırır?
"Zaman"ın bu İsrail sevgisi, ya da İran düşmənliyi haradan qaynaqlanır?
Niyə "Zaman" qəzeti, Yaxın və Orta Şərq xalqlarını bölmək üçün son zamanlardakı məqalələrində şiə-sünni ayrılıqlarını gündəmə gətirir?
Bəhreyn, Küveyt, İraq, Suriya, Livanı əhatə edən şiələri az qala "terrorçu" olaraq ittiham edən yazılara niyə yer verir?
"Zaman" qəzeti, yalnız İsrail-İran arasındakı nüvə qarşıdurma mövzusunda deyil, Yaxın və Orta Şərq xalqlarını bölmək üçün son məqalələrində şiə-sünni ayrılıqlarını gündəmə gətirir.
Sanki diqqəti İsraillə mübarizədən yayındırmaq üçün manevrlər edilir. Buna görə də yeni mövzular, yeni mübahisələr yaratmaq lazımdır. Və yaradılır da.
Beləki, regionda sionist İsrail rejimini rahatlaşdırmaq və ABŞ-ın "Böyük Yaxın Şərq Planı"nı həyata keçirmək üçün Suriya, İraq və İrana qarşı növbəti ittihamlar kompaniyasına başlanılıb. "Zaman" da bu kampaniyanın sadiq təbliğat maşınlarından biridir.
Bəs "Zaman" qəzeti hansı ideologiyanın daşıyıcısıdır? Bu media orqanında əsas söz sahibi kimdir?
Bu sualın cavabı o qədər də qaranlıq deyil, çox aydındır. "Zaman" Nurçuluğun əsas KİV-dən biridir, bəlkə də birincisidir.
Bəs Nurçuluq haradan idarə olunur? Bu cərəyanın rəhbərliyində kim dayanır?
Bu heç kimə sirr deyil ki, ABŞ-ın Pensilvaniya ştatındakı Fətullah Gülənin tabeliyindədir.
Fətullah Gülənin kimliyini uzun-uzadı yazmaq fikrində deyilik, amma onun son ən böyük səs-küy yaradan çıxışı 2010-cu ildə baş verən "Mavi Marmara" hücumuyla əlaqədar olmuşdu. Onun bu hadisə barədə nə dediyini də xatırlayaq:"Təşkilatçıların Qəzzaya yardım verməzdən öncə İsrail ilə kompromis yolunu seçməmələri, faydalı nəticələr doğurmadığı halda güclü nüfuza, yəni qüdrətə qarşı baş qaldırmaqdır."
Türkiyədə İsrailə təriflə yanaşan iki qəzet var; biri "Zaman" qəzeti, digəri "Şalom" qəzet. "Şalomu" anlaya bilərik, bu açıq-aşkar sionizmi təbliğ edən və bunu gizlətməyən qəzetdir.
Bəs "Zaman" qəzeti necə ? "Zaman" da İsraili yenilməz qüdrət sahibi,regionun güc lideri, İranı,İraqı,Suriyanı,Lİvanı isə regionun sabitsizlik mənbəyi kimi xarakterizə edir. Amma bunu edərkən özünü hələ də İslam prinsiplərinə əsasən fəaliyyət göstərən bir media orqanı kimi təqdim edir.
Halbuki, həqiqi geosiyasi mənzərə tam əksinədir. Yəni İsrail region və dünya üçün təhlükə mənbəyi olaraq qalır. Artıq sir deyil ki, ABŞ-Böyük Britaniya-İsrail triosu beynəlxalq terror aktlarının müəllifləridirlər.
İşğalçı İsrail rejimi nüvə silahlarına görə dünyada altıncıdır. Və bilindiyi kimi İsrail, Hindistan, Pakistan və KXDR(Şimali Koreya) ilə birlikdə "Nüvə Silahların Yayılmaması Müqaviləsi"ni imzalamır.
Bu rejimin nüvə silahları haqda hər hansı məlumat verəni isə dərhal susdurur. Misal üçün İsrailli nüvə texniki Mordehay Vanunu 1986-cı ildə bir İngilis qəzetinə sionist rejimin nüvə proqramının detallarını izah etdiyinə görə həbsxanaya atılmışdır.
Digər tərəfdə:
Son olaraq 11 Yanvar 2012 il tarixində İran İslam Respublikasının 32 yaşlı nüvə professoru Mustafa Əhməd Rovşən terror edilib. Rovşən, İran İslam Respublikasının uran zənginləşdirmə fəaliyyətlərinin başlıca mərkəzi Natanz təsisinin əhəmiyyətli elm adamlarından biriydi.
"Son olaraq" deyə yazdıq, çünki tam iki il əvvəl, 11 Yanvar 2010-da Tehran Universitetində fizikaçı Məsud Əli Məhəmmədi də öldürüldü.
Eyni il 29 Noyabr 2010-da başqa bir nüvə fizikaçı, öz ixtisasına görə dünyada 9 nəfərdən biri olan Məcid Şəhriyari də qətl edildi.
Bu gün İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri olan Firudin Abbasi İddiani də bir terror hücumundan yaralı xilas olmuşdu.
İranlı elm adamlarına ardıcıl sui-qəsdlərdə kimlərin maraqlı ola biləcəyi, bu terrorların arxasında hansı kəşfiyyat təşkilatı olduğu hər kəsə aydındır.
İndi görəsən həqiqətdə kimdir təhlükə, kimdir sabitliyi pozan ?
Bu sualı da verməmək olmur ki, bəs görəsən özünü islamçı kimi təqdim edən zamanəmizin "Zaman"ları həqiqətdə kmin kimləridir ?
QEYD: Yazıda ƏHLİ BEYT saytının məlumatından istifadə edilib.
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin "Mədəni-Maarif" şöbəsinin müdiriSeymur-Abbas
islamazeri.az