Zehni açan qidaların əsas funksiyaları:
Yaddaş zəifliyi bir çox hallarda yorğunluq, yuxu rejiminin düzgün qurulmaması, həddindən artıq televiziya və kompüter qarşısında vaxt keçirilməsi, balanslaşdırılmamış qidalanma ilə də bağlıdır.
Bəs yaddaşı necə yaxşılaşdırmalı ?
Öncəliklə rejimə riayət etmək, vaxtlı-vaxtında yatıb durmaq, zehni işlə fiziki işi növbələşdirmək, kifayət qədər istirahət etmək lazımdır.
Həmçinin idmanla məşqul olmaq lazımdır. Ən əsası isə qidalanmaya xüsusi diqqət yetirmək lazımdır.
Qidalanarkən tərkibində zülal, fosfor, kalsium, A, E, B qrup vitaminləri olan qidalara çox yer verilməlidir.
Bunlara misal olaraq balıq əti, balıq yağı, kürü, lobya, qarğıdalı, banan, kişmiş, qaysı, qoz, günəbaxan, süd və süd məhsulları, yumurta, kakao, və s. göstərmək olar.
Səhər və axşamlar bal şərbəti və ya şirin çay içmək beyinin qlükozaya olan tələbatını ödəmklə , yaddaşı artırır.
Zehni açan qidaların əsas funksiyaları:Yumurta- D vitamini ilə zəngin olan yumurta hüceyrələrin öz-özünü yeniləməsini təmin edir, beyinin fəaliyyətini gücləndirir.
Çiyələk- Antioksidant və C vitamini mənbəyidir. Zəifləyən beyinin funksiyalarını tənzimləyir.
Təbii çay- tərkibindəki flavonoidlər sayəsində beyinin elastikliyini qoruyur və fəaliyyətini artırır.
Qırmızı ət- dəmirlə zəngin olan qırmızı ət, xüsusilə uşaqlarda zəka səviyyəsini yüksəldir.
Vələmir- karbohidratlarla zəngindir, yaddaşa müsbət təsir göstərir.
Kələm- stessi azaldır və beyinin inkişafına güclü təsir göstərir.
Qoz, fındıq kimi qidalar zehni və diqqət vermə qabiliyyətini gücləndirən ən vacib qidaların başında gəlirlər.
Balıq- həm beyni qoruyur, həm də yaddaşı gücləndirir.
Lobya- xüsusən də uşaqlarda zehni gücləndirir.
Qatıq- içində olan tirozin adlı maddə yaddaşı yaxşılaşdırır.
Qırmızı və narıncı rəngli meyvələr, xüsusən də pomidor, yerkökü, qırmızı bibər olan vitaminlər beyinin daha uzun müddət sağlam qalmağına təsir edir.
islamazeri.az